Dünya çempionatları tarixində yeni rekord

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatı tarixə düşüb.

Newsport.az FİFA-nın saytına istinadən xəbər verir ki, mundial turnir tarixinin azarkeş sayı üzrə rekordunu yeniləyib.

Qrup mərhələsinin başa çatmasına bir tur qalmış stadionlara ümumilikdə 3 milyon 605 min 357 tamaşaçı gəlib. Beləliklə, 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında qeydə alınmış 3 milyon 587 min 538 nəfərlik rekord geridə qalıb.

Hazırkı mundialda pley-off oyunları hələ qarşıdadır. Turnir ümumilikdə 104 matçdan ibarətdir ki, bu da azarkeş sayının daha da artacağı deməkdir. Hazırda qarşılaşmalarda stadionların orta doluluq səviyyəsi 99 faizdən çoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right