Yurgen Klopp 2026-cı il dünya çempionatının qrup mərhələsinin son turunda Almaniya millisinin Ekvadora 1:2 hesablı məğlubiyyətindən sonra komandanın oyununu sərt tənqid edib.
Newsport.az "Diario Sport"a istinadən xəbər verir ki, hazırda televiziya eksperti kimi çalışan 59 yaşlı almaniyalı mütəxəssis komandanın həm taktiki, həm də psixoloji baxımdan uğursuz çıxış etdiyini bildirib.
“Biz tamamilə yanlış futbol oynadıq. Aqressiv rəqibə qarşı düzgün qərarlar vermədik. Təxminən 12-ci dəqiqədən sonra hücumda dərinliyi itirdik, müdafiədə isə həddindən artıq geri çəkildik. Oyunumuzun bir çox elementi qənaətbəxş deyildi. Belə çıxışdan sonra pley-off mərhələsində rahat irəliləyəcəyimizi düşünmək çətindir” – deyə Klopp vurğulayıb.
Qeyd edək ki, Almaniya millisi Ekvadora uduzmasına baxmayaraq, 6 xalla E qrupunu lider başa vuraraq dünya çempionatının pley-off mərhələsinə yüksəlib.