Mundialda ilk pley-off cütü müəyyənləşdi

DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunun ilk oyunlarından sonra pley-offun ilk cütü bəlli olub.

Newsport.az xəbər verir ki, 1/16 final mərhələsində Cənubi Afrika Respublikası (A qrupunun ikincisi) millisi hazırkı yarışın üç təşkilatçı ölkəsindən birinin - Kanadanın yığması (B qrupunun ikincisi) ilə üz-üzə gələcək.

Qarşılaşma iyunun 28-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bununla yanaşı, artıq 12 komanda pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib. Meksika, Cənubi Afrika Respublikası, İsveçrə, Kanada, Mərakeş, Braziliya, ABŞ, Almaniya, Argentina, Fransa, Norveç və Kolumbiya yığmaları qruplarında ilk iki yeri tutaraq 1/16 finala yüksəliblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right