Cərimə meydançası xaricindən qol vuran ən gənc futbolçu

Kerim Alaybegoviç dünya çempionatları tarixində cərimə meydançası xaricindən vurulan qollar üzrə ən gənc müəllif olub.

Newsport.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin hücumçusu DÇ-2026-nın 3-cü turunda Qətər millisi ilə oyunda (2:1, ikinci hissə) fərqlənib. O, bu qolu vurarkən 18 yaş 276 günlük olub.

"Salzburg"da çıxış edən Alaybeqoviç bununla da Kilian Mbappenin rekordunu geridə qoyub. Mbappe DÇ-2018-də cərimə meydançası xaricindən qol vuranda 19 yaş 207 günlük idi.

Bu göstəricidə ilk beşlikdə həmçinin Memfis Depay (DÇ-2014, 20 yaş 125 gün), Franz Bekenbauer (DÇ-1966, 20 yaş 317 gün) və Norman Uatsayd (DÇ-1986, 21 yaş 27 gün) yer alırlar.

Alaybeqoviç dünya çempionatları tarixində ən gənc qol müəllifləri siyahısında isə 8-ci pilləyə yüksəlib. Bu rekord 17 yaş 241 günlüyündə qol vuran Peleyə məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right