DÇ-2026-da bombardirlər yarışı

2026-cı il dünya çempionatında altı matçdan ibarət daha bir oyun günü geridə qalıb.

Newsport.az xəbər verir ki, turnirin növbəti günündə İsveçrə Kanadanı (2:1), Braziliya Şotlandiyanı (3:0), Mərakeş Haitini (4:2), Meksika isə Çexiyanı (3:0) məğlub edib. Bosniya və Herseqovina Qətər üzərində tarixi qələbə (3:1) qazandığı halda, Cənubi Afrika Cənubi Koreyanı sensasiyalı şəkildə (1:0) məyus edib.

Bombardirlər yarışına hazırda 5 qolla argentinalı hücumçu Lionel Messi liderlik edir. Norveç, Braziliya və Fransa yığmalarının forvardları Erlinq Haland, Vinisius Junior və Kilian Mbappenin isə aktivində hər birinin 4 qolu var.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. İyunun 11-də start götürən turnir iyulun 19-da başa çatacaq. Argentina millisi dünya çempionatının hazırkı qalibidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right