"Börnli" və Slovakiya yığmasının qapıçısı Martin Dubravka rəsmən "Tottenhem"ə keçib.
Newsport.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Dubravka ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb. 37 yaşlı slovakiyalı veteran qolkiper bu il iyulun 1-də azad agent statusu ilə "Tottenhem"ə qoşulacaq. Onun "Börnli" ilə sözləşməsi iyunun 30-da başa çatır və yenilənməyəcək.
Dubravka 2025-ci ilin yayından "Börnli"nin şərəfini qoruyurdu. Geridə qalan 2025/26 mövsümündə o, Premyer Liqada 35 matça çıxıb, qapısından 71 qol buraxıb və təəccüblü də olsa, 4 qol vurmağı bacarıb. Lakin onun bu performansı komandasını xilas etməyə bəs etməyib – "Börnli" mövsümü 19-cu pillədə başa vuraraq Çempionşipə düşüb.