ABŞ İran millisi üçün qaydaları yumşaltdı

ABŞ hakimiyyəti DÇ-2026-da iştirak edən İran millisinin ölkəyə giriş qaydalarında müəyyən yumşaltma edib.

Newsport.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Bildirilib ki, İran yığmasına qrup mərhələsinin 3-cü turunda Misirlə keçiriləcək oyundan iki gün əvvəl ABŞ ərazisinə daxil olmağa icazə verilib.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin adının açıqlanmadığı nümayəndəsi məsələ ilə bağlı bunları deyib: “İranın Sietldə keçiriləcək üçüncü oyunu üçün komandaya matçdan iki gün əvvəl ABŞ-a daxil olmağa icazə verilib. Bununla belə, komanda əvvəlki qaydalarda olduğu kimi, qarşılaşmanın keçirildiyi gün ölkəni tərk etməlidir. Ümumi təhlükəsizlik tədbirləri və protokollar dəyişməz qalır. Biz futbolçular, komanda üzvləri və azarkeşlər üçün mümkün qədər təhlükəsiz turnir keçirməyə çalışırıq”.

Qeyd edək ki, Misir - İran oyunu iyunun 27-də Sietldəki “Lumen Fild” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right