"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi Seneqal millisinin üzvü Amara Diufu transfer edib. 18 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Amara Diuf Seneqalın "Jenerasyon Fut" klubunun yetirməsidir. O, 2023-2026-cı illərdə bu klubun əsas komandasında oynayıb.