Səudiyyə Ərəbistanı klubu "Arsenal"a 20 milyon avroluq təklif göndərdi

"Arsenal"ın futbolçusu Leandro Trossar karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Al-Duraiya" belçikalı vingeri transfer etmək istəyir. Bu barədə HBVL portalı məlumat yayıb.

Yüksək liqaya vəsiqə qazanan klub Trossar üçün İngiltərə çempionuna 20 milyon avroluq təklif göndərib. Ərəblər 31 yaşlı oyunçunun özünə isə illik 10 milyon avro maaş ödəməyə hazırdırlar.

Qeyd edək ki, "Arsenal" Leandro Trossarı 2023-cü ilin yanvarında "Brayton"dan 24 milyon avroya transfer edib. Belçika millisinin üzvü 2025/26 mövsümündə "topçular"ın heyətində meydana çıxdığı 50 rəsmi matçda 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right