Seneqal millisinin qapıçısı zədələndi

Seneqal millisinin qapıçısı Eduard Mendi 2026-cı il dünya çempionatının 3-cü turunun İraqla oyununda iştirak edə bilməyəcək.

Newsport.az xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Norveçlə 2-ci tur matçında Mendi sol dizindən zədə alıb və meydanı vaxtından əvvəl tərk edib. 34 yaşlı qolkiper hazırda əlavə tibbi müayinələrdən keçir və bunun ardınca onun 2026-cı il dünya çempionatındakı gələcək taleyi bəlli olacaq.

2026-cı il dünya çempionatında Mendi iki oyunda iştirak edib: Fransa (1:3) və Norveç (2:3). Son qarşılaşmanın 63-cü dəqiqəsində Eduard Mori Diavla əvəzlənib.

Keçirilən iki oyundan sonra Seneqal aktivində xal olmadan I qrupunda üçüncü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right