Argentina və "İnter Mayami" klubunun hücumçusu Lionel Messi karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualları cavablandırıb.
Newsport.az xəbər verir ki, ulduz futbolçu yaşıl meydanlardan hələ tezliklə ayrılmaq fikrində olmadığını gizlətməyib:
"Bəli, bəli... Bir müddət də oynamağa davam edəcəyəm. Komandaya töhfə verə bildiyim, fiziki cəhətdən özümü yaxşı hiss etdiyim və komanda yoldaşlarıma kömək edə bildiyim müddətcə meydanda olacağam".
Təsadüfi deyil ki, bu açıqlama Messinin 39 yaşının tamam olduğu günə təsadüf edib. Hazırda davam edən dünya çempionatında möhtəşəm oyun nümayiş etdirən kapitan, Avstriya ilə qarşılaşmada dubl edərək ümumi qol sayını 18-ə çatdırıb və dünya futbolu tarixinə dünya menpionatında ən çox qol vuran oyunçusu kimi adını qızıl hərflərlə yazdırıb.
Bununla da "Leo" əvvəlki rekordçu Miroslav Klozeni geridə qoymağı bacarıb.