Türkiyənin oyunundakı şərhçi qovuldu

FIFA Migel Almironun meydandan qovulmasına emosional reaksiya verən paraqvaylı şərhçi Xorxe Veranın akkreditasiyasını ləğv etmək qərarına gəlib. Bu barədə “Ole” nəşri məlumat yayıb.

İyunun 20-də Paraqvay millisi DÇ-2026-nın ikinci turunda Türkiyə komandasına qalib gəlib (1:0). İlk hissənin sonunda baş hakim İvan Barton, əli ilə ağzını tutaraq Mert Müldürə müraciət edən Migel Almironu meydandan qovub. Ağzı örtülü şəkildə rəqibə müraciət etməyə görə meydandan qovulma qaydası dünya çempionatının başlamasından əvvəl tətbiq edilib.

“Oğru, oğru, oğru. Barton, sən oğrusan. Sən futbolu öldürdün. FIFA, sən futbolu öldürdün. İnfantino, buna görə sən məsuliyyət daşıyırsan. Oğrular. Onlar oyunçumuzu əlimizdən aldılar. Oğrular. FIFA, futbolu bu zibilliyə çevirdiyiniz üçün məsuliyyəti öz üzərinə götür. Alexandro Dominqes, KONMEBOL-un rəhbəri kimi sən nəsə etməlisən, cəsarətli ol, İnfantino ilə daha az şəkil çəkdir. Lənətə gəlmiş oğrular. Doğrudanmı biz bunu dünya çempionatında görməliyik? Bu rüsvayçılıqdır”, – deyə Xorxe Vera canlı efirdə bildirib.

Bu hadisədən qısa müddət sonra jurnalist dediyi sözlərə görə üzr istəsə də, ABC telekanalı onu dünya çempionatına həsr olunmuş bütün proqramlardan kənarlaşdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right