Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti hücumçu Neymarın dünya çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində Şotlandiyaya qarşı keçiriləcək matçda 90 dəqiqə oynamağa hazır olduğunu bildirib.
34 yaşlı futbolçu Braziliya komandasının DÇ-dakı ilk iki oyununu buraxmışdı.
“Neymar sıradadır, o bu həftə yaxşı məşq edib və matça yaxşı hazırlaşıb. Hamımız çox şadıq. Onun keyfiyyətləri komandaya çox şey qazandıra bilər. O, bütün 90 dəqiqəni oynaya bilər və özünü yaxşı hiss edir. Son vaxtlar Neymar işinə qarşı çox yaxşı münasibət nümayiş etdirir. Komandadakı yoldaşlarını mükəmməl tanıyır, çox yaxşı və böyük ciddiyətlə çalışır. Ondan çox razıyam. O öz təcrübəsini və futboldakı biliklərini komandaya bəxş edir”, — deyə Ançelotti qeyd edib.
Şotlandiya — Braziliya matçı iyunun 25-i, cümə axşamı günü Mayamidəki “Hard Rok Stedium” stadionunda keçiriləcək. Oyunun startı Bakı vaxtı ilə saat 02:00-dadır.