DÇ-2026-da pley-off mərhələsində çıxış edəcək daha bir komanda bəlli olub.
Newsport.az xəbər verir ki, bu, Kolumbiya millisidir.
Cənubi Amerika təmsilçisi ötən gecə 2-ci turun oyununda Konqoya 1:0 hesabı ilə qalib gəlib və xallarını 6-ya çatdırıb. Komanda 3-cü turun nəticəsindən asılı olmayaraq pley-offa vəsiqəni təmin edib.
Qeyd edək ki, daha əvvəl Meksika, ABŞ, Almaniya, Fransa, Norveç və Argentina da növbəti mərhələyə vəsiqə qazanmışdı.