"Fulhem"də Alvaro Arbeloa dövrü başlayır

İspaniyalı mütəxəssis Alvaro Arbeloa İngiltərənin "Fulhem" klubunun baş məşqçisi postuna təyin olunmağa çox yaxındır.

Newsport.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

London təmsilçisi ilə ispan çalışdırıcı arasında aparılan danışıqlar artıq yekun mərhələdədir və tərəflər müqavilənin son detallarını dəqiqləşdirirlər. Razılığa əsasən, Arbeloanın "Fulhem"lə 3 illik sözləşmə imzalayacağı gözlənilir.

Qeyd edək ki, "Real"ın sabiq baş məşqçisi olan Alvaro Arbeloa yeni postunda London klubundan ayrılaraq "Benfika"ya üz tutan portuqaliyalı mütəxəssis Marko Silvanı əvəzləyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right