“Qarabağ”dan ayrılan Buntiçin yeni klubu Rəsmi

Bugünlərdə “Qarabağ”dan ayrılan Fabiyan Buntiçin yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, xorvatiyalı qapıçı Portuqaliyanın 2-ci liqa təmsilçisi “Farense”yə transfer olunub. Bu barədə klub məlumat yayıb.

“Farense” yeni transferini azarkeşlərə təqdim edərək, “Xoş gəldin, Buntiç!” mesajını paylaşıb.

Qeyd edək ki, Fabiyan Buntiç 2024-cü ildə Almaniyanın “İnqolştadt” klubundan “Qarabağ”a transfer olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right