"Barselona"nı Yunanıstan klubuna dəyişəcək

"Barselona"nın qapıçısı İnyaki Penya karyerasını Yunanıstanda davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Panatinaikos" ispaniyalı qolkiperin keçidini həll edib. Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

Super Liqa nəhəngi ispaniyalı "əlcək sahibi" üçün La Liqa çempionuna 3 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, İnyaki Penya 2025/26 mövsümündə icarə əsasında "Elçe"də çıxış edib. 27 yaşlı qapıçı komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda qapısında 28 qol görüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right