Dünya çempionatında son 20 ilin ən sürətli dublu

Brayn Brobbi 2026 dünya çempionatında İsveçə qarşı oyunda parlaq çıxışı ilə diqqət çəkib.

Newsport.az xəbər verir ki, Niderland millisinin hücumçusu qarşılaşmanın 5-ci və 17-ci dəqiqələrində fərqlənərək komandasını erkən hesabla önə keçirib.

Bu, dünya çempionatlarında son 20 ilin ən sürətli dubllarından biri hesab olunur. Sonuncu belə göstərici 2006-cı ildə qeydə alınmışdı. Həmin vaxt Lukas Podolski də İsveçə qarşı matçda 12-ci dəqiqəyədək iki qol vurmuşdu.

24 yaşlı Brobbi üçün bu performans xüsusilə əlamətdardır. Çünki oyundan əvvəl onun Niderland millisində 13 matçda cəmi 1 qolu var idi. İsveçlə qarşılaşmada vurduğu iki qol isə milli komandadakı ümumi qol sayını bir anda üçə yüksəldib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right