“Türkiyə xalqından üzr istəyirəm” - Uğurcan Çakır

Türkiyə millisinin qapıçısı Uğurcan Çakır 2026-cı il dünya çempionatında komandasının uğursuz çıxışını dəyərləndirib.

Qrup mərhələsində ardıcıl iki məğlubiyyət alan türklər pley-off şanslarını vaxtından əvvəl itirib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Çakır, azarkeşlərdən üzr istəyərək, komandanın gözləntiləri doğrulda bilmədiyini etiraf edib:

“Türkiyə xalqından üzr istəyirəm. İstəyirdik ki, hamı bizimlə fəxr etsin. Bizdən böyük gözləntilər var idi, amma onları doğrulda bilmədik. Komanda qələbə qazanmağı çox istəyirdi və hər kəs meydanda maksimum gücünü qoydu.

Bununla belə, başımızı dik tutacağıq. Gənc və perspektivli komandamız var. Ölkəmizin gələcəkdə bizimlə qürur duymasını istəyirik”.

Türkiyə millisi mundialdakı son oyununu ABŞ yığmasına qarşı keçirəcək. Bu matç türklər üçün formal xarakter daşıyacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right