Ronaldinyo peşəkar karyerasını bərpa edir

Braziliya millisinin sabiq oyunçusu Ronaldinyo peşəkar futbol karyerasını bərpa etmək qərarına gəlib.

Newsport.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb.

​46 yaşlı əfsanə İtaliya C Seriyasında çıxış edən və İnyatsio Çiprianinin rəhbərlik etdiyi "Ravenna" klubu ilə müqavilə imzalayacaq. Braziliyalının təqdimat mərasimi iyunun 23-də Mayamidə baş tutacaq.

​Bundan əlavə, Ronaldinyo klubun iddialı layihəsinin bir hissəsinə çevriləcək. Belə ki, klub yeni formada ona xüsusi bir detal həsr etmək qərarına gəlib. Formanın üzərində Ravennanı simvolizə edən "R" hərfi braziliyalının loqosu olan "R10" ilə birləşdiriləcək.

​Xatırladaq ki, Ronaldinyo karyerasını 2018-ci ilin yanvarında başa vurub. O, son rəsmi oyununu isə 2015-ci ildə keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right