Türkiyə milli komandası DÇ-2026-nın D qrupunun 2-ci turunun matçında Paraqvaya 0:1 hesabı ilə uduzaraq növbəti mərhələyə yüksəlmək şansını itirib.
Newsport.az xəbər verir ki, "ay-ulduzlular"ın yarımmüdafiəçisi Arda Gülər oyundan sonra açıqlama verib. "Real"da çıxış edən 21 yaşlı futbolçu Türkiyə xalqından üzr istəyib:
"Həqiqətən də deyiləcək çox söz yoxdur. Çox məyusuq, utanırıq. Xalqımızdan üzr istəyirik. Bundan sonrakı turnirlərdə əlimizdən gələni etməyə çalışacağıq. Çox böyük klublarda oynayırıq. Belə olmamalı idi. Bir daha üzr istəyirəm. Komanda daxilində heç bir problem yoxdur. Sadəcə olaraq meydanda istədiklərimizi həyata keçirə bilmədik".