Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella DÇ-2026-nın 2-ci turunda Paraqvaya uduzaraq pley-off şansını itirməklərindən danışıb.
Newsport.az "NTV Spor"a istinadən xəbər verir ki, mütəxəssis acı məğlubiyyət yaşadıqlarını söyləyib:
"Çox məyusam. Millətimizin bizdən böyük gözləntiləri var idi. Bizim də gözləntilərimiz var idi. Türkiyə Futbol Federasiyası adından da çox məyusam, onların necə çalışdıqlarını bilirəm. Mən 35 ildir ki, böyük futbolun içindəyəm. Belə hal adətən 50 ildə bir olur. Amma bizim başımıza cəmi iki oyunda gəlməsi təəccübləndiricidir. İki matçda qapıya 65 zərbə vurmuşuq. Topa sahibolma faizindən isə heç danışmıram. Bəxt bu dəfə bizim tərəfimizdə deyildi. Futbolçularım meydanda əllərindən gələni etdilər. Onlara dedim ki, başlarını dik tutsunlar. Qismətdən o tərəfə yol yoxdur.
Mənim "O futbolçu belə oynaya bilərdi, bu futbolçu elə oynaya bilərdi" demək kimi bir adətim yoxdur. Mən həmişə futbolçularımın nə qədər çalışqan olduğuna baxıram. İki oyunda inanılmaz bir istək və həvəs ortaya qoydular. Hər iki oyunda sonadək mübarizə apardılar. Heç kim məsuliyyətdən yayınmadı, hər kəs əlindən gələni etdi və mübarizə apardı. Lain təəssüf ki, bu dəfə alınmadı".