DÇ-2026-nın ən yaraşıqlı futbolçuları açıqlandı

Süni intellekt şirkəti xüsusi bir araşdırma apararaq dünya çempionatında çıxış edən ən populyar 150 futbolçunun üz cizgilərini "qızıl nisbət" qaydalarına əsasən təhlil edib.

Newsport.az xəbər verir ki, bu barədə məlumatı "RMC Sport" nəşri paylaşıb.

Üz simmetriyası, tarazlığı və harmoniyasının ölçüldüyü araşdırmanın nəticələrinə görə, Argentina millisinin yarımmüdafiəçisi Rodriqo De Paul 74,18 faizlik reytinqlə turnirin ən yaraşıqlı futbolçusu seçilib. Siyahıda ikinci pilləni 74,10 faizlə Almaniya yığmasının hücumçusu Kay Havertz tutub, İngiltərə millisinin cinah oyunçusu Noni Madueke isə 73,29 faizlə ilk "üçlüy"ü tamamlayıb.

Onların ardınca misirli Məhəmməd Salah, braziliyalı Endrik və koreyalı Son Hınq Min qərarlaşıblar. Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo isə bu reytinqdə 45-ci ola bilib.

Tədqiqatı aparan şirkət ulduz oyunçunun yerini şərh edərək bu sistemin xarizmanı, stili və ya populyarlığı deyil, yalnız riyazi olaraq üz nisbətlərini ölçdüyünü bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right