Kriştiano Ronaldo İspaniya La liqasında 5:1 hesabı ilə qalib gəldikləri “Elçe” oyunu haqqında danışıb.
Newsport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu poker etməsinə münasibət bildirib:
“Oyuna yaxşı başlamadıq. Ancaq hesabda geri düşdükdən sonra toparlanmağı bacardıq. Komanda olaraq yaxşı oyun sərgilədik. Bir oyunda dörd qol vurmaq çox çətindir. Bunda mənə kömək olan komanda yoldaşlarıma təşəkkür edirəm. Özümü çox yaxşı hiss edirəm. Bu çıxışımı davam etdirməyə çalışacam”