17 yaşlı gürcüstanlı futbolçu "Arsenal"ın hədəfində

"Kolxeti"nin yarımmüdafiəçisi Andria Bartişvili karyerasını ingiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Arsenal" gürcüstanlı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə BBC televiziyası məlumat yayıb.

Bartişvilinin Gürcüstan klubu ilə müqaviləsi bu ilin sonunda başa çatır. Bunu nəzərə alan İngiltərə çempionu 17 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə danışıqlara başlamağa hazırlaşır.

Qeyd edək ki, Andria Bartişvili 2026-cı ilin yanvarından icarə əsasında "İberiya"da çıxış edir. Gürcüstan U-21 millisinin üzvü hazırda davam edən mövsümdə Tbilisi təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right