Meksika millisinin yarımmüdafiəçisi Luis Romo DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Koreya üzərində qazanılan 1:0 hesablı qələbənin qəhrəmanı olub.
Newsport.az xəbər verir ki, 31 yaşlı futbolçu qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. Romo oyundakı yeganə qolu 50-ci dəqiqədə vuraraq komandasına vacib 3 xal qazandırıb.
Qeyd edək ki, Meksika millisi Koreya üzərində qələbədən sonra A qrupunda liderliyini möhkəmləndirib və pley-off-a yüksələn ilk komanda olub.