"İnter" baş məşqçisi Kristian Kivunun gələcəyi lə bağlı qərar qbul edib.
Newsport.az xəbər verir ki, bu haqda insayder Nikolo Şira məlumat yayıb.
Milan təmsilçisi rumıniyalı mütəxəssislə yeni müqaviləni uzadacaq. Tərəflər bütün detallar üzrə tam razılığa gəliblər. Yeni müqavilənin bu gün imzalanacağı bildirilir. Razılaşmaya əsasən, 45 yaşlı mütəxəssis 2028-ci ilə qədər “İnter”də qalacaq. Onun illik maaşının 4 milyon avro olacağı qeyd edilib.
Əlavə edək ki, Kivu ötən yay “İnter”in baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında klub həm İtaliya çempionluğunu, həm də ölkə kubokunu qazanıb.