Özbəkistan millisinin yarımmüdafiəçisi Abbosbek Fayzullayev 2026-cı il dünya çempionatının qrup mərhələsinin birinci turunda Kolumbiya ilə oyunda (1:3) qol vuraraq turnirin tarixinə düşüb.
Newsport.az xəbər verir ki, bu barədə məlumatı "Opta Sports" paylaşıb.
Fayzullayev 21-ci əsrdə dünya çempionatında başla qol vuran ən qısaboylu oyunçu olaraq yeni bir rekorda imza atıb. Özbəkistanlı futbolçunun boyu 167 santimetrdir.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. Turnir iyunun 11-də başlayıb və iyulun 19-da başa çatacaq. Argentina 2022-ci ildə Qətərdə keçirilən finalda Fransanı penaltilərlə məğlub edərək hazırkı dünya çempionudur.