"Feyenoord"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Newsport.az xəbər verir ki, Rotterdam təmsilçisini Covanni van Bronxorst çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Covanni van Bronxorstun son iş yeri "Liverpul" olub. Niderlandlı məşqçi İngiltərə klubunda həmyerlisi Arne Slotun köməkçisi vəzifəsini icra edib.