"Vilyaarreal" iyunun sonunda müqaviləsi başa çatan Tomas Parti ilə bağlı qərar verib.
Newsport.az xəbər verir ki, "sarı sualtı qayıq" qanalı futbolçunun sözləşməsinin müddətini uzatmayacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.
33 yaşlı dayaq yarımmüdafiəçisi azad agent statusu ilə klubu tərk edəcək.
Qeyd edək ki, 2025-ci ilin yayından "Vilyarreal"da çıxış edir. Qana millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.