Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatlarında daha bir rekorda imza atıb.
Newsport.az xəbər verir ki, 38 yaşlı forvard mundial tarixində fərqli rəqiblərə ən çox qol vuran futbolçu olub. O, ümumilikdə 11 müxtəlif milli komandanın qapısına yol tapıb və bu göstəricidə Kriştiano Ronaldo, Yurqen Klinsmann və Miroslav Klose kimi əfsanələri geridə qoyub.
Bundan başqa, Messi dünya çempionatları tarixində ən çox qol vuran futbolçular siyahısında da rekordu təkrarlayıb. Onun mundiallardakı qollarının sayı 16-ya çatıb və o, bu göstəricidə Klose ilə eyni pilləni bölüşür.
Beləliklə, Messi həm fərqli rəqiblərə qol sayına, həm də ümumi mundial qollarına görə tarixə düşməyə davam edir.