Mundiallar tarixində qol vuran ən yaşlı avstriyalı

Marko Arnautoviç Avstriya millisinin dünya çempionatları tarixində qol vuran ən yaşlı futbolçusu olub.

Newsport.az "Opta"Ya istinadən xəbər verir ki, 37 yaşlı hücumçu dünya çempionatında İordaniya ilə oyunda fərqlənərək komandasının 3:1 hesablı qələbəsində pay sahibi olub.

O, oyuna ehtiyatdan daxil olub və penaltidən qol vuraraq matçın nəticəsini rəsmiləşdirib.

Bu qol sayəsində Arnautoviç Avstriya millisinin mundial tarixində ən yaşlı (37 yaş 60 gün) qol müəllifi kimi rekord müəyyənləşdirib.Bundan əvvəlki rekord isə Andreas Ulmerə (37 yaş 144 gün) məxsus idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right