Braziliya millisinin və "Santos"un futbolçusu Neymar 5-ci övladə dünyaya gəlib.
Newsport.az xəbər verir ki, onun qızı doğulub. Futbolçu bu xəbəri sosial şəbəkə hesabında paylaşıb. Əlavə edək ki, Neymarın David Lukka, Mavi, Helena və Mel adlı övladları da var.
Qeyd edək ki, Neymar hazırda sağ ayağının baldır əzələsindən aldığı zədədən sonra bərpa prosesi keçir. Məhz bu səbəbdən o, Braziliya millisinin DÇ-2026-da Mərakeşlə keçirdiyi ilk oyunu (1:1) buraxıb.