Bernardo Silva rəsmən “Real”da

“Real” Portuqaliya millisinin üzvü Berrnardo Silvanın transferini rəsmiləşdirib. 

Newpsort.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Madrid təmsilçisi "Mançester Siti"dən ayrılan 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.

Bildirilib ki, futbolçunun “Real”da illik maaşı 20 milyon avro təşkil edəcək. Bundan əlavə, o 10 milyon avro imza bonusu, agenti Jorge Mendes və atası isə ümumilikdə 10 milyon avro komissiya haqqı əldə edəcək.

Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən "Mançester Siti"də oynayırdı. O, İngiltərə klubu ilə 451 matça çıxıb, 6 Premyer Liqa, 1 Çempionlar Liqası, 1 UEFA Superkuboku, 2 ölkə kuboku, 1 klublararası dünya çempionatı da daxil olmaqla, ümumilikdə 19 kubok qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right