Millinin şərəfinə xatirə sikkələri buraxılır

Özbəkistanda milli komandanın 2026-cı il dünya çempionatındakı iştirakı şərəfinə xatirə sikkələri dövriyyəyə buraxılacaq.

Newsport.az xəbər verir ki, məhdud tirajla hazırlanmış sikkələr iyunun 18-də - yığmanın dünya çempionatının qrup mərhələsində Kolumbiya ilə keçirəcəyi ilk oyun günü satışa çıxarılacaq.

Sikkənin ön tərəfində "Tarixi qələbə. Özbəkistan futbolu dünya çempionatında - 2026" yazısı həkk olunub. Arxa tərəfində isə komandanın talismanı olan "Ağ canavar" təsvir edilib. Talismanın silueti yığmanın dünya çempionatına aparılan 26 futbolçusunu birləşdirir.

Qeyd edək ki, dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. Turnir iyunun 11-də başlayıb və iyulun 19-da başa çatacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right