Messidən dünya çempionatında daha bir rekord

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatında növbəti tarixi uğura imza atıb.

Newsport.az xəbər verir ki, bu barədə "Opta Joe" statistika platforması məlumat yayıb.

38 yaşlı hücumçu Əlcəzairə 3:0 hesabı ilə qalib gəldikləri matçın 17-ci dəqiqəsində cərimə meydançasının kənarından möhtəşəm qola imza atıb. Bu, ulduz futbolçunun dünya çempionatları tarixində cərimə meydançasından kənardan vurduğu 5-ci qol olub. Bununla da Messi, dünya çempionatı tarixində cərimə meydançasının xaricindən ən çox qol vuran braziliyalı əfsanə Rivelinonun rekordunu təkrarlayıb. Rivelino bu rekordu 1966-cı ilin dünya birinciliyində müəyyənləşdirmişdi.

Xatırladaq ki, Messi bu qarşılaşmada həm də dünya çempionatlarında ümumi qol sayını 16-ya çatdıraraq almaniyalı Miroslav Klozenin rekorduna şərik çıxıb. Argentina millisinin lideri eyni zamanda dünya çempionatları tarixində qol vuran üçüncü ən yaşlı oyunçu, altı fərqli dünya çempionatında meydana çıxan ilk futbolçu və turnir tarixində het-trik edən ən yaşlı oyunçu ünvanlarını da ələ keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right