“Yuventus” icarə əsasında komandada çıxış edən Jeremi Boqanın transfer hüquqlarını alıb.
Newsport.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fransalı vingerlə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Jeremi bu ilin əvvəlində “Nitsa”dan icarə əsasında “Yuventus”a keçib. O, İtaliya klubunda 17 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.a