FİFA prezidenti Canni İnfantino maraqlı açıqlama verib.
Newsport.az-ın "RMC Sport"a istinadən məlumatına görə, o, İran millisinin futbolçularına zarafatla hücumçu kimi kömək etməyə hazır olduğunu deyib.
FİFA rəhbəri DÇ-2026-da İran millisinin ilk oyunundan sonra komandanın paltardəyişmə otağına baş çəkib. O, çətin siyasi vəziyyət fonunda futbolçulara dəstək ifadə edib. Çıxışının sonunda isə FİFA prezidenti zarafatla bunları söyləyib:
“Əgər baş məşqçiniz razı olsa, növbəti oyunda hücumçu mövqeyində oynaya bilərəm” (gülür).
Qeyd edək ki, İran millisi siyasi gərginlik və hərbi qarşıdurmaya baxmayaraq ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatına yollanıb. Komanda ilk oyunda Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə edib.