PSJ mundialın ilk turunda dubl edən futbolçunu istəyir

PSJ DÇ-2026-nın ilk turunda adından söz etdirən Yasin Ayari üçün hərəkətə keçib.

Newsport.az “Footmercato”ya istinadən xəbər verir ki, mundialın ilk turunun İsveç – Tunis(5:1) görüşündə diqqətləri özünə çəkən 22 yaşlı yarımmüdafiəçi bu yay Parisin yolunu tuta bilər.

Çempionlar Liqasının qalibi Ayari üçün “Brayton”la danışıqlara başlayıb. Transfer qiyməti 35 milyon avro olan Yasinin PSJ-yə keçib-keçməyəcəyi DÇ-dən sonra dəqiqləşəcək. Futbolçunun meneceri PSJ rəsmilərinə Ayarinin mundiala fokuslandığını bildirib.

İsveçdə dünyaya gələn Yasin əslən Tunisdəndir. O, AİK(İsveç), “Brayton”, “Koventri”, “Blekbern” klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right