DÇ-2026-da yeni baş məşqçi

Tunis millisinin yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, Tunis Futbol Federasiyası bu vəzifəyə fransalı mütəxəssis Erve Renarın təyin olunduğunu açıqlayıb.

57 yaşlı məşqçi ilə DÇ-2026-nın sonuna qədər müqavilə imzalanıb. Federasiyanın yaydığı açıqlamada bildirilib ki, mundialdan sonra əməkdaşlığın davam etdirilməsi ilə bağlı danışıqlar aparılacaq.

Renar daha əvvəl Səudiyyə Ərəbistanı, Mərakeş, Kot-d’İvuar, Zambiya və Anqola millilərini çalışdırıb. Klub karyerasında isə “Lill”, “Soşo” və Əlcəzairin USM Əlcəzair komandalarında işləyib.

Qeyd edək ki, Tunis millisinin əvvəlki baş məşqçisi Sabri Lamuşi iyunun 15-də vəzifəsindən uzaqlaşdırılmışdı. Buna səbəb komandanın DÇ-2026-nın ilk turunda İsveçə 1:5 hesabı ilə məğlub olması olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right