“Kabo Verde müdafiədə çox intizamlı çıxışı ilə işimizi çətinləşdirdi” İspaniya millisinin baş məşqçisi

Müdafiədə intizamlı çıxış edən Kabo Verde İspaniya yığmasının işini çətinləşdirib.

Newsport.az xəbər verir ki, bunu İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Kabo Verde yığmasına qarşı keçirdikləri DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis heç-heçə başa çatan görüşü şərh edib:

“Matça yaxşı başladıq və oyun ərzində üstün tərəf olmağa çalışdıq. Bir neçə qol imkanı yaratdıq, lakin son nöqtəni qoya bilmədik. Kabo Verde müdafiədə çox intizamlı çıxış etdi və işimizi çətinləşdirdi. Əlbəttə, qələbə qazanmaq istəyirdik, amma bu nəticədən nəticə çıxarıb yolumuza davam etməliyik”.

İspaniya – Kabo Verde görüşündə hesab açılmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right