"Mançester Siti"də yeni müqavilə daha 5 il komandada qalacaq

Cosko Qvardiol karyerasını "Mançester Siti"də davam etdirəcək.

Newsport.az "BBC"-yə istinadən xəbər verir ki, tərəflər yeni müqavilə ilə bağlı razılığa gəliblər. Yeni sözləşmə 2031-ci ilə qədər qüvvədə olacaq. Xorvatiyalı müdafiəçinin hazırkı müqaviləsi isə 2028-ci ildə başa çatmalı idi.

Qvardiol 2023/24 mövsümündən etibarən İngiltərədə çıxış edir və qısa müddətdə komandanın əsas oyunçularından birinə çevrilib.

Son mövsümdə o, Premyer Liqada 18 oyunda iştirak edib və 2 qol vurub. Yeni müqavilə “Mançester Siti”nin müdafiə xəttinin aparıcı simalarından biri olan Qvardiola uzunmüddətli etimadının göstəricisi hesab olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right