Mövsümün əvvəlində "Yuventus”u Argentinanın "Boka Xuniors” klubuna dəyişən Karlos Tevezin sabiq klubuna qayıtmaq üçün ağlasığmaz şərtlərlə razı olması ortaya çıxıb.
Newsport.az-ın məlumatına görə, Tevez "Boka”nın 4 cəza maddəsi ilə razı olub. Tevez həmin qaydaları pozarsa klub tərəfindən mütləq şəkildə cəzalandırılacaq.
Ulduz futbolçunun cəzalanmasına səbəb olacaq maddələr isə aşağıdakı kimidi:
1. Qumarxanalara getmək qəti qadağandır.
2. Motosiklet sürmək qəti qadağandır.
3. Rəqib futbolçu və ya komanda yoldaşı ilə mübahisə etmək qəti qadağandır.
4. İstifadəsinə icazə verilməyən maddələrdən yararlanmaq qəti qadağandır.
Qeyd edək ki, Tevez "Boka”nın yetirməsidir. O, 2001-2004-cü illərdə komandanın formasını geyinib.