"Roma"nın yarımmüdafiəçisi üçün 9,5 milyon avro ödəyəcəklər

"Kalyari" "Roma"dan icarəyə götürdüyü Tommazo Baldantsi ilə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, A Seriyası klubu italiyalı futbolçunun transfer hüquqlarına yiyələnəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Göy-qırmızılar" 23 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün paytaxt klubuna 9,5 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Kalyari" Tommazo Baldantsini bu ilin yayında icarəyə götürüb. İtaliya U-21 millisinin sabiq üzvü sardiniyalıların heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right