"Bavariya" "Ayntraxt"ın müdafiəçisi Nataniel Braunu transfer etmək istəyir.
Newsport.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bundesliqanın çempionu almaniyalı futbolçu üçün 65 milyon avroluq təklif göndərib. Frankfurt təmsilçisinin bu təklifi qəbul etməsi və 22 yaşlı sol cinah müdafiəçisinin "Bavariya"ya keçəcəyi gözlənilir.
Qeyd edək ki, Nataniel Braun ötən mövsüm "Ayntraxt"ın heyətində bütün turnirlərdə keçirdiyi 42 oyunda 4 qol vurub, 6 qol ötürməsi edib.