"Arsenal" "Qalatasaray"a 50 milyon avroluq təklif göndərəcək

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Arsenal" Türkiyə millisinin üzvünü transfer etmək istəyir. London təmsilçisi 25 yaşlı vinger üçün İstanbul klubuna 50 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Barış Alper Yılmaz ötən mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə keçirdiyi 49 rəsmi matçda 12 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right