"Bayer" 10 milyon avroya 16 yaşlı yarımmüdafiəçi transfer etdi

"Bayer" heyətini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Leverkuzen klubu "Herta"dan Kennet Ayhhornu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bayer" almaniyalı futbolçu üçün 10 milyon avro təzminat ödəyib. 16 yaşlı dayaq yarıımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kennet Ayhhorn "Herta"nın yetirməsidir. Almaniya U-17 millisinin üzvü 2025/26 mövsümündə Berlin təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right