Tevesi Sampaoli əvəzlədi Rəsmi

Argentinalı mütəxəssis Xorxe Sampaolinin yeni iş yeri bəlli olub.

Newsport.az xəbər verir ki, o, ölkəsində  "Talyeres" klubunun baş məşqçisi təyin edilib.

Kordoba təmsilçisinin yaydığı rəsmi məlumata görə, 66 yaşlı məşqçi bu vəzifədə istefaya göndərilən Karlos Tevesi əvəzləyib. 

Klubun yaydığı açıqlamada Sampaolinin zəngin beynəlxalq təcrübəyə, yüksək nüfuza və çətin vəzifələrin öhdəsindən gəlmək bacarığına malik olduğu vurğulanıb.

Qeyd edək ki, "Talyeres" Argentina çempionatında son mövsümü 8-ci pillədə başa vurub. Xorxe Sampaoli daha əvvəl "Atletiko Mineyro", "Renn", "Flamenqo", "Sevilya", "Marsel", "Santos" klublarında, eləcə də Argentina millisində çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right