"İnfantino göstərməlidir ki, o Donald Trumpdan daha güclüdür" sabiq FİFA prezidenti

Sabiq FİFA prezidenti Sepp Blatter Canni İnfantinonun DÇ-2026-ya qatılacaq iştirakçılara ABŞ tərəfindən viza verilməməsi məsələsini tənqid edib.

Newsport.az xəbər verir ki, o bildirib ki, Canni İnfantino ABŞ prezidenti Donald Trumpdan daha güclü mövqe sərgiləməlidir:

“Hazırkı prezident göstərməlidir ki, o, Ağ Evdəki böyük dostundan daha güclüdür, elə deyilmi?

Siyasətin sizə hökm etməsinə icazə vermək düzgün deyil. Digər federasiyalar da etiraz etməlidir”, – deyə Blatter qeyd edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right