"Tottenhem" futbolçusu Ben Deyvisin müqaviləsinin müddətini uzadıb.
Newsport.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Uels milli komandasının üzvü ilə 2027-ci ilin yayına kimi yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Ben Deyvis 2014-cü ilin yayından "Tottenhem"də çıxış edir. 33 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm London təmsilçisinin heyətində keçirdiyi 5 oyunda 1 qol vurub.